BEA 2050-ci ilə qədər neftin kəskin ucuzlaşacağını proqnozlaşdırdı
2050-ci ilə qədər neftin qiyməti bir barel üçün 25 dollara qədər ucuzlaşa bilər, əgər hökumətlərin fəaliyyəti enerji sektorunda sıfır emissiya hədəflərinə uyğun olarsa.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən yazır.
Hazırkı hökumət siyasətinə əsaslanan senaridə, qlobal neft tələbatı növbəti altı ildə rekord həddə çatacaq və pik nöqtədə sutkada təxminən 102 milyon barel (b/s) olacaq.
2030-cu ildən sonra enerji daşıyıcılarına olan tələbat azalmağa başlayacaq və 2035-ci ilə qədər 2023-cü il səviyyəsinə, yəni 99 milyon b/s-a geri dönəcək. Bu əsasən, elektromobillərin istifadəsinin artması ilə nəqliyyat sektorunda tələbatın azalması səbəbindən baş verəcək. Cari senaridə, 2050-ci ilə qədər neftin qiyməti bir barel üçün 75 dollara düşəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay