Rusiyanın bank sistemində maliyyə "trombu" yarandı
Rusiyanın bank sistemində maliyyə "trombu" formalaşıb: sahibkarlar pullarını dövriyyəyə buraxa bilmədikləri üçün banklara yatırırlar.
Valyuta.az "Rossiyiskaya qazeta"ya istinadla xəbər verir ki, bu barədə MGO "Opora Rossii"nin maliyyə eksperti və FinHelp-in baş direktoru Pavel Veşayev bildirib.
"Bank depozitlərində yaranan 'pul yığılması' fenomeni biznesin sabaha inamsızlığının göstəricisidir" – deyə maliyyəçi bildirib.
2024-cü ilin əvvəlindən etibarən açıq depozit hesabları olan kiçik və orta biznes müştərilərinin sayı 40% artıb. Eyni zamanda, yerləşdirilən vəsaitin həcmi orta hesabla 54% yüksəlib. Hazırda sahibkarlar üçün depozitlərin baza faizi illik 19,5% təşkil edir.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin sentyabrında hüquqi şəxslərin depozitləri və digər cəlb olunmuş vəsaitləri 40,7 trilyon rubl təşkil edib, bu il isə bu rəqəm 48,2 trilyon rubla çatıb.
Bundan əvvəl Mərkəzi Rusiyada vətəndaşların depozitlərdə 25 trilyon rubl saxladıqları məlum olmuşdu.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay