Rusiya bu səbəbdən xarici avtomobil ehtiyat hissələrinin 40%-ni ala bilmir
Rusiyalı tədarükçülər ödənişlərlə bağlı problemlər səbəbindən ölkəyə avtomobil ehtiyat hissələri olan konteynerlərin 30-40%-ni gətirə bilmirlər.
Valyuta.az xəbər verir ki, "The Moscow Times" bu barədə Rusiya Avtomobil Sığortası İttifaqının (RSA) rəhbəri Yevgeni Ufimsevə istinadla yazıb.
Onun sözlərinə görə, əvvəllər ehtiyat hissələri bölgədən asılı olaraq 15-30 gün ərzində gətirilə bilirdi. Lakin yaydan bəri vəziyyət dəyişib – eyni müddət ərzində yalnız 60-70% konteynerlər uğurla çatdırılır, qalanları isə ödəniş göndəriciyə çatmadığı üçün yubanır.
Bundan əlavə, bəzən ödənişləri texniki cəhətdən həyata keçirmək mümkün olmur, bu da tədarükün qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb olur.
Problemi həll etmək üçün tədarükçülər ödənişlər üçün yeni vasitəçilər axtarırlar, bu isə ehtiyat hissələrinin qiymətlərinə və çatdırılma müddətlərinə təsir edir.
Hazırda Çin, Avropa və ABŞ-dan ehtiyat hissələrinin tədarüklərində gecikmələr getdikcə daha çox müşahidə olunur. Nəticədə, çatdırılma problemləri səbəbindən Rusiyada ehtiyat hissələrinin qiyməti 20-30% arta bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay