BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.851
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2223
57524

Neft qiymətləri Yaxın Şərqdəki münaqişənin gələcək inkişafı ilə bağlı qeyri-müəyyənlik səbəbindən artıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.

Brent markalı neft fyuçersləri 14 sent və ya 0,2% artaraq bir barel üçün 74,39 dollar olub. WTI (West Texas Intermediate) markalı neft fyuçersləri isə 19 sent və ya 0,3% artaraq bir barel üçün 70,77 dollar təşkil edib.

Çərşənbə axşamı neft qiymətləri 4%-dən çox azalaraq, demək olar ki, iki həftəlik minimuma düşüb. Bu, zəif tələbat proqnozları və mediada İsrailin İranın nüvə və neft obyektlərinə hücum etməyəcəyi barədə məlumatların yayılmasından sonra təchizatda kəsintilər barədə narahatlıqları azaldıb.

Lakin İsrail ilə "Hizbullah" militant qrupu arasında münaqişənin kəskinləşməsi ilə bağlı narahatlıqlar davam edir. ABŞ çərşənbə axşamı bəyan edib ki, son həftələrdə İsrailin Beyruta qarşı həyata keçirdiyi hava zərbələrinin miqyasını dəstəkləmir.

"Son qiymət azalmasından sonra qısamüddətli perspektivdə bazar iştirakçılarının geosiyasi vəziyyətin inkişafını yenidən qiymətləndirməsi ilə əlaqədar müəyyən sabitləşmə gözləyə bilərik", – deyə IG bazar strateqi Yip Jun Ronq bildirib.

"Çinin fiskal siyasəti ilə bağlı daha çox aydınlıq gözlənilir, lakin konkretliyin olmaması, görünür, neft tələbatı proqnozlarına gələcək təsirlə bağlı qeyri-müəyyənliyi artırır", - o əlavə edib.

Yerli KİV-lərin məlumatına görə, Çin iqtisadiyyatı stimullaşdırmaq üçün üç il ərzində xüsusi xəzinə istiqrazları vasitəsilə əlavə 6 trilyon yuan (850 milyard dollar) cəlb edə bilər. Lakin bu, ölkənin fond bazarında nikbinliyi bərpa etməyib.

Neftə tələbatla bağlı olaraq, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Beynəlxalq Enerji Agentliyi bu həftə 2024-cü il üçün qlobal neft tələbatının artım proqnozlarını aşağı salıb və bu azalmaların əsas hissəsi Çinə aiddir.

Hazırda bazar ABŞ-da neft ehtiyatları ilə bağlı ən son məlumatları gözləyir: ABŞ Neft İnstitutunun həftəlik hesabatı çərşənbə günü, Enerji Məlumatları İdarəsinin məlumatları isə cümə axşamı açıqlanacaq.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Azintelecom” tədbir təşkil etmək üçün şirkət axtarır - 250 min manat ödəyəcək

“Premium Bank” depozit portfelini itirir? - 54 milyonluq azalma

Kripto birjasının qurucusu: “Bütün altkoinləri satdım, bunları alacam”

Kripto birjasının qurucusu: “Bütün altkoinləri satdım, bunları alacam”

24 000 manat vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Gələn ilin büdcəsi kəskin artırılıb

Ötən ayın hər günü Azərbaycana 9 elektromobil gətirilib

Yağış yağacaq, şimşək çaxacaq

Bu il 1,1 mlrd. manatdan artıq xarici dövlət borcu qaytarılıb

Yeni işçiləri komandaya necə adaptasiya etmək olar?

9 ayda Qarabağa yönəldilən vəsaitin həcmi açıqlanıb

“Alibaba”dan yeni tərcümə proqramı: “Google” və “ChatGPT”dən daha yaxşıdır"

“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti kəskin artıb

Boeing ən azı 10 milyard dollar dəyərində səhm satacaq

Neft qiymətləri düşüşdən sonra bərpa olunur

Nazir rəis əvəzini vəzifəsindən azad etdi, yeni müavin təyin olundu

Bu il 23 ölkəyə 17,5 mln. tondan artıq neft ixrac edilib - SİYAHI

Qarabağ torpağı Bakıda ucuzluq yaradacaq

Bəzi məktəblərdə dərs cədvəli hələ də təsdiqlənməyib - Qeyri-müəyyənliyin səbəbi... (VİDEO)

Ən çox bitkoini olan aktivlər - SİYAHI

Ən çox bitkoini olan aktivlər - SİYAHI

Bəzi məhsulların gömrük rüsumu dəyişdi - QƏRAR

Bu universitetə yeni prorektor TƏYİN EDİLDİ

“Tesla”dan qəribə addım - “Bitcoin”lərini fərqli pul kisələrinə köçürür

Nazir onu Mətbuat xidmətinin rəisi vəzifəsinə təsdiqlədi

Nazir onu Mətbuat xidmətinin rəisi vəzifəsinə təsdiqlədi

Əhali hər il ərzağa neçə milyard xərcləyir? - 10 ilin göstəriciləri

Azərbaycan neftinin qiyməti 5% ucuzlaşıb

Xırdalanda yaşayış binasının damında qanunsuz tikili (VİDEO)

Azərbaycan gənclərinin “Teknofest”də qalib olan layihəsi - "İnvestisiya alsa..."

Azərbaycan gənclərinin “Teknofest”də qalib olan layihəsi - "İnvestisiya alsa..."

"PAŞA Bank"da şirkətlərin depoziti azaldı, fiziki şəxslərin artdı

"PAŞA Bank"da şirkətlərin depoziti azaldı, fiziki şəxslərin artdı

ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər? - Rəsmi açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin