“Lufthansa” yəhudi sərnişinlərə görə 4 milyon dollar cərimələnib - Detallar
ABŞ Nəqliyyat Nazirliyi “Lufthansa” şirkətini yəhudi əsilli sərnişinləri təyyarəyə mindirmədiyinə görə 4 milyon dollar cərimələyib.
Report xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
Qeyd edilib ki, 2022-ci ilin may ayında Frankfurt-Maynda eniş etməklə Nyu Yorkdan Budapeştə olan uçuşla bağlı 40-dan çox şikayət olub. Araşdırma zamanı müəyyən edilib ki, ekipajın tələblərini yerinə yetirməyən bir neçə nəfərin özünü lazımi qaydada aparmaması ucbatından Almaniya hava limanında 128 sərnişinin reysə minməsinə icazə verilməyib.
Nazirliyin bəyanatında yazılanlara görə, quruma şikayət edənlər “Lufthansa”nın ənənəvi ortodoksal yəhudi paltarı geyinmiş bütün səyahətçiləri eyni qrup hesab etdiyini, əslində isə onların əksəriyyətinin bir-birini tanımadığını bildiriblər. Yekunda aviaşirkət onların heç birinə Budapeştə uçan təyyarəyə minmək icazəsi verməyib.
Nazirlikdən qeyd olunub ki, bu, qurumun indiyədək ayrı-seçkiliyə görə tətbiq etdiyi ən böyük cərimədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay