Türkiyə böyük məbləğdə vergidən yayınanların axtarışına başladı
Türkiyə hakimiyyəti böyük məbləğdə vergidən yayınanlara - borcu 5 milyon lirəyə (282 min dollar) bərabər və ya ondan çox olanlara qarşı mübarizə elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə yerli NTV nəşri yazıb.
Türkiyənin Maliyyə Nazirliyi kölgə iqtisadiyyatının həcminin azaldılması kampaniyası çərçivəsində oktyabrın 15-dən 31-dək ağır əsaslı vergidən yayınanların siyahısını dərc edəcək.
“Biz vergilərin ədalətliliyini və səmərəliliyini artıracağıq, daha çox qazananlardan daha çox alacağıq. Biz kölgə iqtisadiyyatı ilə mübarizə apararaq büdcə maliyyələşdirməsini yaxşılaşdıracağıq”, deyə maliyyə naziri Mehmet Şimşək bildirib.
Onun sözlərinə görə, türk şirkətlərinin yarısından çoxu itkilər və ya aşağı mənfəət hesabatları verir ki, bu da Türkiyənin toplanan vergilərin ÜDM-ə nisbəti baxımından digər OECD ölkələrindən xeyli geri qalmasına səbəb olur.
Yoxlamaların birinci mərhələsində dəbdəbəli mallara ayda 5 milyon lirədən çox pul xərcləyən, lakin gəlirlərini bəyan etməyən 800-ə yaxın vətəndaş müəyyən edilib. Siqaret istehsalçılarından biri qazancını gizlətdiyi üçün rekord məbləğdə 6 milyard lirə (340 milyon dollar) cərimələnib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay