Rusiya "Shell"dən 1 milyard avro təzminat tələb edir
Rusiya Baş Prokurorluğı “Shell” korporasiyasının ölkəyə vurduğu ziyanı 1 milyard avro qiymətləndirib.
Valyuta.az “Kommersant”a istinadən xəbər verir ki, bu məbləğ “Qazprom” "Shell"in Saxalindəki payını aldıqdan sonra 90 milyard rubldan çox vəsait daxil edilməli olan hesabdan silinə bilər.
Cəzanın məbləği barədə məlumatı iddianın məbləği ilə bağlı suala cavab olaraq Moskva Arbitraj Məhkəməsinin mətbuat xidməti təsdiqləyib.
Baş Prokurorluq oktyabrın 2-də “Shell” və onun strukturlarına qarşı iddia qaldırıb. “Kommersant”ın mənbələrinə görə, departament korporasiyadan öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanı ödəmək istəyir. Keçən həftə məlum olub ki, iddiada olan rusiyalı cavabdeh "Shell" Nefteqaz Development MMC-ni ləğv etmək qərarına gəlib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay