Avrozonada sənaye istehsalı rekord səviyyəyə yüksəldi
Avqustun sonunda Avrozonada sənaye istehsalının həcmi iyul ayı ilə müqayisədə 1,8% artıb. Bu, 2023-cü ilin aprelindən bəri göstəricinin maksimal artımıdır.
Valyuta.az xəbər verir ki, bunu Avropa İttifaqı Statistika İdarəsinin (Eurostat) məlumatları sübut edir.
Rəqəm analitiklərin proqnozlarından yüksək olub. Ekspertlər avrozonada sənaye istehsalının 1,7% artacağını gözləyirdilər.
İllik ifadədə isə dəyər 0,1% artıb. 2024-cü ilin əvvəlindən ilk dəfə müsbət dinamika qeydə alınıb. Müqayisə üçün deyək ki, iyul ayında sənaye istehsalı aylıq müqayisədə 0,5%, illik müqayisədə isə 2,1% azalıb.
Almaniyada yayın son ayında sənaye istehsalının artımı 2021-ci ildən bəri ən yüksək artım olub. İyul ayına 2,9% təşkil edib. Eyni zamanda, analitiklər orta hesabla 0,8% artım proqnozlaşdırırdılar. Xüsusilə, Almaniyada avtomobil və avtomobil hissələrinin istehsalı iyulda 8,2% azaldıqdan sonra əvvəlki ayla müqayisədə 19,3% artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay