Bütün əmlakını nişanlısının adına keçirən milyonçu müflis oldu
Britaniyada milyonçu Piter Andreyeviç müflis olduqdan sonra 20 il əvvəl bütün əmlakını nişanlısı Maqali Montreyin adına keçirməsi nəticəsində mülkiyyət hüquqlarını itirib. Məhkəmə onun mülkünü geri qaytarmaq cəhdlərini rədd edib.
Valyuta.az xəbər bu barədə The Daily Mail yayıb.
Məlumata görə, Andreyeviç əmlakını nişanlısı adına keçirməklə öz sərvətinin əsl miqyasını gizlədəcəyini və maliyyə risklərini azaldacağını düşünüb. Cütlük evlənsə də, 20 il sonra, 2017-ci ildə boşanıb. Boşanma zamanı biznesmen əmlakını geri tələb etsə də, keçmiş həyat yoldaşı bu tələbi yerinə yetirməkdən imtina edib. Andreyeviçin sözlərinə görə, o, nəticədə hər şeyi itirib və indi böyük oğlunun evində yaşamalı olur.
Milyonçunun ədalət axtarışı məhkəmədə uğursuzluqla nəticələnib. Ən pis nəticə isə Montreyin qarşı iddiasının araşdırılması zamanı baş verib, bu prosesdən sonra Andreyeviçə məhkəməyə hörmətsizlik etdiyi üçün şərti cəza verilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay