Qlobal dövlət borcu ilk dəfə olaraq 100 trilyon dolları keçəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın dövlət borcunun bu il ilk dəfə olaraq 100 trilyon dolları keçəcəyini proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, nəşr edilmiş “Fiskal Monitorinq” hesabatına görə, qlobal dövlət borcu 2024-cü ilin sonuna qədər qlobal ümumi daxili məhsulun (ÜDM) 93 faizinə çatacaq və 2030-cu ilə qədər 100 faizə yaxınlaşacaq. Bu nisbət COVID-19 pandemiyası zamanı müşahidə olunan 99 faiz zirvəni aşır. Bu, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 10 bənd artım deməkdir.
BVF və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantılarından bir həftə əvvəl dərc edilən hesabatda gələcək borc səviyyələrinin indiki təxminlərdən yuxarı ola biləcəyi qeyd edilib. Bunun ən mühüm səbəblərindən biri də dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-ın daha çox xərcləmək istəyidir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay