Rusiyanın kölgə donanması Qərbin sanksiyalarına baxmayaraq artır: Milyardlarla risk
Rusiya neft tankerlərindən ibarət kölgə donanmasının gücünü ötən illə müqayisədə 70%-ə qədər artırıb. Bu, sığortaçılar və gəmiçilik şirkətləri ilə bağlı sanksiyalara baxmayaraq, Moskvanın Qərb məhdudiyyətlərindən yan keçməsinə imkan yaradır.
Valyuta.az Financial Times-a istinadla xəbər verir ki, Kiyev İqtisadiyyat Məktəbinin hesabatında göstərilib ki, kölgə donanması ilə daşınan Rusiya neftinin həcmi 2023-cü ilin iyununda gündə 2,4 milyon barreldən 2024-cü ilin iyununda 4,1 milyona qədər artıb.
Bu tendensiya ABŞ, Kanada, Yaponiya və Avropa tərəfindən qlobal sığortaçılar və gəmi sahiblərinə qarşı tətbiq edilən sanksiyaların artdığı bir vaxtda müşahidə edilir. Onlar həmçinin Rusiya kölgə donanması ilə əlaqəli şirkətləri və ayrı-ayrı gəmiləri sanksiyalar siyahısına daxil ediblər.
“Sanksiyalar tanker gəmiçiliyinə qarşı yetərincə effektiv idi, lakin gəmilərin izlənilməsi kampaniyası Rusiyanın kölgə donanmasını ciddi şəkildə cilovlamaq üçün çox məhdud olub”, – hesabatın müəlliflərindən biri, Benyamin Hilgenstok qeyd edir.
O əlavə edib ki, sanksiyalar "sistemli" şəkildə tətbiq olunmalıdır ki, neft sızmalarına qarşı lazımi sığorta tələbinə əməl olunsun və bununla da kölgə donanmasından irəli gələn ciddi və təcili ekoloji təhlükə aradan qaldırılsın.
Bu gəmilərin bir çoxu mütəmadi olaraq Avropanın sıx sulardan, o cümlədən Baltik dənizi, Danimarka boğazları və Cəbəllütariq boğazından keçir ki, bu da Aİ və qonşu ölkələr üçün ekoloji fəlakət riskini artırır.
KSE Avropa sularında bu riskləri azaltmaq üçün "kölgədən azad" zonalar yaratmağı təklif edir. Əks halda, fəlakətin "Avropanın qapısında baş verməsi" qaçılmaz olacaq. Hesabatda qeyd olunur ki, normativ-hüquqi çərçivənin zəifliyi və kölgə tankerlərinin Rusiya neft ticarətində artan rolu böyük ekoloji fəlakətin sadəcə zaman məsələsi olduğunu göstərir.
2024-cü ilin iyun ayında Rusiya dəniz neftinin 70%-i kölgə donanması ilə daşınıb və Rusiyanın bu donanmanın yaradılmasına 10 milyard dollar xərclədiyi təxmin edilir. Bu, ümumi xam neft tədarükünün 89%-ni təşkil edir ki, bunun da böyük hissəsi 2023-cü ilin ortalarından etibarən bareli 60 dollardan yüksək qiymətlə satılıb. Neft məhsullarının ixracatının isə 38%-ni təşkil edir.
Kölgə donanmasını yaradaraq, Moskva qiymət məhdudiyyəti koalisiyasına daxil olan ölkələrlə əlaqələri qoparıb və bununla da qlobal sığortaçılara sanksiyalara əməl etdirmək imkanını azaldıb. Nəticədə, Rusiya yalnız yerli sığortaçılara bel bağlamaq məcburiyyətində qalıb ki, bu da sığorta keyfiyyəti və həcmi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Tankerlərin orta yaşının 18 il olması və etibarlı sığorta təminatının olmaması bu gəmiləri son dərəcə təhlükəli edir.
Risklər daha da artır, çünki donanma anonim mülkiyyət strukturlarından istifadə edir və adətən çoxsaylı vasitəçilərdən ibarət olan, bir neçə korporativ strukturlar vasitəsilə gizlədilən gəmilər boz siyahıya daxil olan dövlətlərin bayrağı altında üzürlər.
KSE hesabatının müəllifləri qeyd edirlər ki, fəlakət baş verəcəyi təqdirdə Avropa ölkələri milyardlarla avro dəyərində zərərin öhdəsindən gəlmək məcburiyyətində qala bilər.
Rusiyanın kölgə donanması — son xəbərlər
Rusiyadan neft tədarükü, neftayırma zavodlarının mövsümi texniki xidməti başa vurmasından sonra, son üç ayda maksimum səviyyəyə çatıb.
Həmçinin Financial Times Rusiyanın neft və qaz daşımaq üçün necə kölgə donanması yaratdığını öyrənib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay