DB-də Ukraynaya yardım üçün yeni fond Rusiya bloklanmış aktivləri ilə bağlı olmayacaq
Dünya Bankının (DB) menecmenti Ukraynaya dəstək üçün yaradılacaq yeni fondun Qərbdə bloklanmış Rusiya aktivləri və onlardan əldə edilən gəlirlərlə əlaqəli olmayacağını deyib.
Valyuta.az xəbər verir ki, bu barədə cümə axşamı TASS-a DB-nin Rusiya nümayəndəliyindən mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, "bankın menecmenti yeni fondun heç bir şəkildə Qərbdə bloklanmış Rusiya aktivləri və onların gəlirləri ilə əlaqəli olmayacağına əmin edib". "Fondun maliyyəsi yalnız donor ölkələrinin büdcələrindən gələcək", – deyə mənbə vurğulayıb.
O, qeyd edib ki, DB-nin direktorlar şurası Ukraynaya dəstək üçün maliyyə vasitəçiliyi fondunun yaradılmasını təsdiqləyib, fonda maliyyənin ABŞ, Kanada və Yaponiyadan gələcəyi bildirilib. Mənbə, Rusiya tərəfinin fondun yaradılmasına qarşı səs verdiyini də deyib.
Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Moskvanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Rusiya aktivlərini təxminən 300 milyard dollar dəyərində dondurub. Onlardan təxminən 5-6 milyard dollar ABŞ-da, qalan hissəsi isə Avropada, o cümlədən Belçikada yerləşən beynəlxalq Euroclear platformasında (oradakı aktivlər 210 milyard dollar) saxlanılır.
Bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova xəbərdarlıq edib ki, Moskva Qərbdəki aktivlərinin müsadirəsinə dərhal cavab tədbirləri görəcək və bunun üçün müxtəlif siyasi və iqtisadi cavab variantları var.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay