Bu ölkədə inflyasiya ilin əvvəlindən 100%-i keçib
Respublika Statistika və Siyahıyaalma İnstitutunun yayımladığı məlumata görə, sentyabrda qiymət artımı 3,5%, ilin əvvəlindən isə inflyasiya 101,6% təşkil edib.
Valyuta.az xəbər verir ki, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 3,5%, ilin əvvəlindən isə 101,6% artıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 209% təşkil edir.
Sentyabr göstəricisi 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir, lakin Argentinanın inflyasiyası regionda ən yüksək olaraq qalır. İndeksə daha çox kommunal xidmətlər (+7,3%), geyim (+6%) və təhsil (+4,3%) qiymətlərindəki artım təsir edib.
Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə isə 50,9% olub. 19 noyabr 2023-cü ildə Javier Miley-nin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətləndi. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini 366 pesodan 800 pesoya qaldırmaq oldu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay