Məşhur Britaniya şirkəti Rusiya bazarından çıxdı
Oktyabrın 10-da Britaniyanın "Unilever" şirkəti Rusiyadakı törəmə şirkətinin satışını başa çatdıraraq Rusiya bazarından tamamilə çıxdığını elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Unilever"in baş direktoru Hayn Şumaxer məlumat verib.
"Bu gün "Unilever" Rusiyadakı törəmə şirkətinin ("Unilever Russia"-red.) Rusiyanın ətir, kosmetika və məişət məmulatları istehsalçısı "Arnest Group"a satışını başa çatdırıb", deyə rəsmi bildirib.
Satışa "Unilever"in Rusiyadakı bütün biznesi və ölkədəki dörd fabrik daxildir. Belarusdakı biznes də satışa daxildir.
"Son bir il ərzində biz "Unilever"in Rusiyadakı biznesini potensial satış üçün diqqətlə hazırlamışıq. Bu iş çox mürəkkəb idi və İT platformalarının və təchizat zəncirlərinin ayrılması, habelə brendlərin kiril əlifbasına keçməsi daxildir. Satışın başa çatması "Unilever"in Rusiyadakı mövcudluğunu tamamlayır", deyə Şumaxer yazıb.
"Unilever" "Domestos", "Axe", "Rexona", "Dove", "Lipton", "Creme Bonjour", CIF, "Knorr", "Sunsilk", "Timotei" və CLEAR daxil olmaqla 400-dən çox brendə sahibdir.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumundan sonra "Unilever" Rusiya bazarına məhsulların tədarükü və ölkə ərazisindən malların ixracını dayandırıb. Konsern rusları şəxsi gigiyena məhsulları və yerli fabriklərdə istehsal olunan məhsullarla təmin etməyə davam edəcəyinə söz verib. Korporasiya yaxşı inkişaf etmiş Rusiya bazarını tərk etmək istəməsə də, biznesin vəziyyətini, artan geosiyasi gərginliyi və şirkətə təzyiqləri nəzərə alaraq bu addımı atıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay