Dünya
09.10.2024 / 21:59
Rusiya aktivləri hesabına Ukraynaya 35 milyard avroluq kredit verəcək – Qərar qəbul edildi
57147
Avropa İttifaqı səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər müqabilində Ukraynaya 35 milyard avro məbləğində kreditin verilməsi mexanizmini razılaşdırıblar.
Valyuta.az Aİ Şurasının sədrliyini edən Macarıstan nümayəndəliyinin X-də yaydığı açıqlamaya istinadən xəbər verir ki, artıq kredit xəttinin Aİ Şurasında təsdiqlənməsi üçün yazılı prosedura başlayıblar.
Açıqlamada bildirilir ki, səfirlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin kreditlərə xidmət və ödənilməsi üçün istifadəsinə dair bir sıra hüquqi sənədlərin təsdiqi üçün yazılı prosedura başlamağa razılaşıblar.
Aİ-dən verilən 35 milyard avroluq kredit 45 milyard avroluq G7 kredit xəttinin bir hissəsini təşkil edir.
© Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay