"Doğum nisbəti Fransadan da aşağıdırsa, niyə miqrantlardan imtina edək?..." - Türkiyə gündəmi
Türkiyədə miqrant müzakirələrinin tez-tez gündəmə gəldiyini bildirən İstanbul Ticarət Palatasının (İTO) sədri Şekib Avdagiç yaydığı yazılı açıqlamasında, “Biz hazırda doğum nisbəti 1,79 olan Fransadan geriyik. Əmsalı 1,75 olan İngiltərənin də gerisindəyik. Bunu çox təcili müzakirə etməliyik” deyə şərh edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, Avdagiç yazılı açıqlamasında miqrant müzakirələrinin Avropada olduğu kimi Türkiyədə də tez-tez gündəmə gəldiyini vurğulayıb.
“Təəssüf ki, daha az evlənirik, daha çox boşanırıq, daha az uşaq dünyaya gətiririk. İstanbulun doğum nisbəti 1,20, Ankaranın doğum nisbəti 1,20, İzmirin doğum nisbəti 1,22-dir. Türkiyənin doğum nisbəti isə 1,51-dir” deyə Avdagiç bildirib.
“Əgər ölkəmiz 1,51 doğum nisbəti ilə Fransanın altına düşübsə, İstanbul-Ankara-İzmir kimi şəhərlərdə bu nisbət 1,2-dirsə, xaricdən işçi alaq-almayaq, miqranta ehtiyacımız varmı demək lüksümüz ola bilməz. Biz hazırda doğum nisbəti 1,79 olan Fransadan geriyik. Əmsalı 1,75 olan İngiltərənin də gerisindəyik. Bunu çox təcili müzakirə etməliyik” deyə əlavə edib.
"Uşaqlarımızı akvariumda böyütdük..."
Avdagiç, “Həmişə inflyasiyanı, valyuta məzənnəsini müzakirə edirik. Amma məktəbə və işə getməyən 1 milyon gənci iş dünyasına cəlb etmək üçün nə edəcəyimizi, inflyasiya və dollar məzənnəsindən əvvəl müzakirə etməliyik” ifadələrini işlədib.
Avdagiç açıqlamasında OECD hesabatlarında yer alan “nə təhsildə, nə də işdə” olan gənclərin Türkiyənin ən önəmli sosial problemlərindən biri olduğuna diqqət çəkib.
Avdagiç, “Bizim nəsil çətin bir gənclik dövrü keçirdi. Uşaqlarımızı isə bir növ akvariumda böyütdük. Onları günəşə tutduq, yemlərini verdik, oksigen verdik, sularını dəyişdik. Onlar isə çox çalışmadan, istehsal etmədən, bizim verdiyimiz xərcliklərlə passiv bir həyat sürməyə davam edirlər. 18-24 yaş arası bu gəncləri istehsal edən tərəfə qazandırmalıyıq. Hazırda onlar yalnız istehlak edən tərəfdədir. Gəncliyimizin istehsal edən tərəfə çevrilməsi üçün sürətli plan hazırlamalıyıq” fikrini müdafiə edib.
“Hər 3 gəncdən biri nə təhsildə, nə də işdədir”
Avdagiç, OECD-nin “Bir Baxışda Təhsil” adlı hesabatındakı məlumatlara əsaslanaraq, Türkiyədə hər 3 gəncdən birinin "nə təhsildə, nə də işdə" olduğunu bildirib. Şekib Avdagiç, “OECD-yə görə, Türkiyədə 18-24 yaş aralığında olan hər 100 gəncdən 31-i nə məktəbdə təhsil alır, nə də bir işdə çalışır. Bu göstərici Fransada 16 faiz, Almaniyada 9 faiz, İtaliyada 18 faiz, İngiltərə və ABŞ-da isə 14 faizdir” məlumatını verib.
Avdagiç, nə təhsildə, nə də işdə olan təxminən 3,5 milyon gəncin 1-1,5 milyonunun çox sürətli şəkildə iş həyatına qazandırılmasının vacib olduğunu qeyd edib.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay