Dünya
09.10.2024 / 20:20
Bayden dövründə ABŞ-ın qlobal iqtisadiyyatdakı payı tarixi minimuma düşüb
57088
İlin sonuna kimi ABŞ-ın dünya iqtisadiyyatındakı payı 14,76%-ə düşəcək ki, bu da müasir tarixdə ən aşağı göstəricidir.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinadən yazır.
ABŞ-ın qlobal ÜDM-dəki payı Co Baydenin prezidentliyinin ikinci ilində ilk dəfə olaraq 15%-dən aşağı düşüb. 2023-cü ilin sonunda bu, 14,82% təşkil edib.
ABŞ 1990-cı illərdə dünya iqtisadiyyatının beşdə birini təşkil edib. Pik 1999-cu ildə, ABŞ-ın payı 21,01%-ə çatanda baş verib. O zaman Amerika iqtisadiyyatının istehsalı dünya üzrə 45,85 trilyon dollar olduğu halda, 9,6 trilyon dollar təşkil edib.
Bu arada Çin öz payını 18,76%-ə yüksəldib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay