Ukrayna Rusiya qazının tranzitini davam etdirməyəcək: Almaniya buna reaksiya verir
Almaniya hökuməti israr edir ki, Ukraynanın Rusiya qazının Avropaya tranzitini davam etdirməmək qərarından narahat deyil.
Valyuta.az xəbər verir ki, bu barədə ntv Almaniya İqtisadiyyat Nazirliyinin bəyanatına istinadən yazır. Qeyd olunur ki, ölkə Ukrayna ərazisindən tranzit dayandırılsa belə, təkcə Almaniyanın cənub və şərqinə deyil, həm də qonşu ölkələrə təbii qaz tədarükünü təmin edə bilir.
“Almaniya maye qaz terminalları, hətta sahilə çıxışı olmayan Avropa ölkələri üçün də təbii qaz qıtlığından sığorta polisidir”, - deyə məlumatda bildirilir.
Bildiyiniz kimi, 2019-cu ildə Ukraynanın “Naftoqaz” QSC ilə Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən qaz tranziti haqqında saziş imzalayıb. Onun səlahiyyət müddəti bu il başa çatır.
Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, Kiyev Rusiya ilə bu sazişin müddətinin uzadılması və ya yenisinin təsdiqlənməsini müzakirə etməyi planlaşdırmır. Slovakiyanın baş naziri Robert Fiko ilə bu yaxınlarda keçirdiyi mətbuat konfransında Şmıqal öz bəyanatını təkrarlayıb və bütün Avropa ölkələrini Rusiya neft və qazından tamamilə imtina etməyə çağırıb.
Məlum olduğu kimi, Slovakiya, Avstriya və Macarıstan indiyədək Ukrayna vasitəsilə Rusiyadan qaz alıblar. Fiko bildirib ki, o, Ukraynanı tranziti saxlamağa inandırmaq istəyir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay