Uorren Baffetin ölümündən sonra 135 milyard dolları necə olacaq?
Uorren Baffet ölümündən sonra sərvətini hansı taleyin gözlədiyini açıqlayıb
Planetin ən varlı insanlarından biri olan, sərvəti 134,3 milyard dollar dəyərində qiymətləndirilən Uorren Baffet ölümündən sonra sərvətinin necə olacağını açıqlayıb.
Valyuta.Az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Baffet - Berkshire Hathaway şirkətinin sədri və baş icraçı direktoru - bildirib ki, ölümündən sonra onun demək olar ki, bütün sərvəti yeni yaradılacaq xeyriyyə fonduna ötürüləcək və bu fonda onun qızı və iki oğlu rəhbərlik edəcək.
Qeyd olunur ki, əfsanəvi investor, həmçinin, uzun illər ərzində milyardlarla dollar bağışladığı Bill və Melinda Qeyts Fonduna ianələrini dayandıracağını da açıqlayıb.
Dünyanın ən böyük xeyriyyə təşkilatlarından biri olan Qeyts Fondu səhiyyə, yoxsulluqla mübarizə və gender bərabərliyi sahələrində fəaliyyəti ilə tanınır. 2006-2023-cü illər ərzində Baffet fonda 39,3 milyard dollar ianə edib.
28 iyun tarixində elan olunan son ianə raundundan sonra, Baffet hələ də öz şirkətinin təxminən 130 milyard dollar dəyərində səhmlərinə sahibdir. Onun üç övladı həmin pulların hansı filantropik məqsədlərə yönləndiriləcəyinə yekdilliklə qərar verməlidirlər.
93 yaşlı Baffet qeyd edib ki, o, qızı Syuzi, oğulları Hov və Piterə heç bir göstəriş verməyib, lakin xeyriyyəçilik haqqında öz şəxsi baxışlarını onlarla bölüşüb.
Məlumatlara görə, Baffet vəsiyyətini bir neçə dəfə dəyişib. O, indiki plana, övladlarının illər ərzində necə böyüdüyünü gördükdən sonra gəlib.
71 yaşlı Syuzi Baffet məktəbəqədər təhsil və sosial ədalətin inkişafına dəstək verən Şervud Fondunun rəhbəridir. O, həmçinin Syuzan Fonduna da rəhbərlik edir. Vergi bəyannamələrinə əsasən, bu fond reproduktiv hüquqların müdafiəsinə və universitetlərdə təhsil üçün təqaüdlərə maliyyə dəstəyi göstərir.
69 yaşlı Hovi Baffet fermer təsərrüfatı ilə məşğuldur və qlobal ərzaq təhlükəsizliyi, münaqişələrin yumşaldılması və insan alveri ilə mübarizə sahəsində çalışan Hovard G. Baffet Fonduna rəhbərlik edir.
66 yaşlı Piter Baffet musiqi bəstəkarıdır və həyat yoldaşı Cenifer Baffet ilə birlikdə yerli icmalarla iş daxil olmaqla müxtəlif layihələr həyata keçirən NoVo Fonduna rəhbərlik edir.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay