Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon ayıracaq
Hollandiya Ukrayna ilə birlikdə pilotsuz təyyarələrin hazırlanması və istehsalına başlamaq üçün 400 milyon avro ayıracaq.
Valyuta.az xəbər verir ki, bunu Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Xarkova səfəri zamanı deyib.
Onun sözlərinə görə, pilotsuz təyyarələrin yarısı Hollandiyada, qalanı isə Ukrayna və digər ölkələrdə istehsal olunacaq.
Nazir xatırladıb ki, Hollandiya Ukraynanı F-16 təyyarələri və Patriot sistemləri ilə təchiz etməkdə “aparıcı rol” oynayıb.
"Biz indi bunu müasir dronlarla davam etdiririk", - Brekelmans deyib.
O bildirib ki, bu dronlardan müxtəlif məqsədlər üçün istifadə oluna bilər: kəşfiyyat, müdafiə və hücumlar.
"Xüsusilə havada, həm də quruda və dənizdə", - Hollandiya Müdafiə Nazirliyinin rəhbəri deyib.
O, əlavə edib ki, pilotsuz təyyarələrə hazırda böyük tələbat var və onlar Ukraynanın hava hücumundan müdafiəsi üçün vacibdir, həm də hücum baxımından qiymətlidir.
Brekelmans vurğulayıb ki, inkişaf etdirilən dronlar uğur qazansa, istehsalın genişləndirilməsi üçün əlavə vəsait ayrılacaq.
Brekelmans ilk Hollandiya F-16-larının Ukraynaya gəlişini də rəsmən təsdiqləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay