Dünya
06.10.2024 / 23:59
“Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb
56875
İtaliyada ABŞ-ın “Boeing” şirkətinin “B787 Dreamliner” təyyarələri üçün avadanlıq və hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb.
Trend xəbər verir ki, prokurorluq Brindisi şəhərində fəaliyyət göstərən iki şirkətin “Boeing 787 Dreamliner” təyyarələri üçün tədarük etdikləri avadanlıqlar və hissələrin tələb olunan standartlara uyğun gəlmədiyinə görə istintaq başladıb.
Bildirilib ki, sözügedən komponentlər uçuş təhlükəsizliyinə təsir edəcək əhəmiyyətli dərəcədə aşağı statik və stress-müqavimət xüsusiyyətlərinə malik hissələrdir. İstintaq çərçivəsində hər iki şirkətdə araşdırmalar aparılıb, 7 nəfər dindirilib. Prokurorluğun göstərişi ilə 6 minədək təyyarə komponenti və hissəsi ekspertiza üçün müsadirə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay