Dünya
05.10.2024 / 10:21
Çinin haker qrupundan ABŞ-nin telefon dinləmə sistemlərinə hücum - Təfərrüatlar
56850
ABŞ-nin bir sıra genişzolaqlı internet provayderləri Çin hakerlərinin genişmiqyaslı hücumuna məruz qalıb.
Report xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb.
Məlumata görə, hücum kəşfiyyat məlumatlarının toplanması, o cümlədən telefon danışıqlarının dinlənilməsi ilə bağlı sistemlərdən istifadə məqsədi daşıyıb.
Qeyd olunub ki, internet provayderlərinə hücumun arxasında Çinin “Salt Typhoon” haker qrupu dayanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay