Dünyada ərzaq qiymətlərində son 1,5 ildə ən sürətli artım qeydə alınıb
Dünya ərzaq qiymətləri sentyabrda son 18 ayda ən yüksək artım göstərib.
Valyuta.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatları sübut edir.
Ötən ayın sonunda qiymət indeksi 124,4 bənd təşkil edib ki, bu da avqustun göstəricisindən 3%, 2023-cü ilin eyni dövrünün dəyərindən isə 2,1% çoxdur.
"Göstəriciyə şəkərin beynəlxalq qiymətlərindəki sıçrayış təsir edib - kotirovkalar 10,4% artıb", deyə FAO-nun hesabatında qeyd olunur.
Bundan əlavə, taxıl məhsullarının qiymətləri bu dövr ərzində nəzərəçarpacaq dərəcədə artıb. Onlar üçün indeks 3% artıb. Həmçinin sentyabr ayında bitki yağı (+4,6%), süd məhsulları (+3,8%) və ətin (+0,4%) maya dəyəri indeksində artım müşahidə olunub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay