Həmtəsisçisi "Wildberries"ə qarşı 3,7 milyard dollarlıq iddia qaldırdı
"Wildberries"in həmtəsisçisi Vladislav Bakalçuk RVB MMC, "Wildberries" və Tatyana Kimə (Bakalçuk) qarşı 350 milyard rubldan (təxminən 3,7 milyard dollar) çox təzminat iddiası qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.
Bakalçukun sözlərinə görə, bu məbləğlə o, qeyri-qanuni olaraq RVB-yə köçürülən "Wildberries" aktivlərini - anbarlar, logistika obyektləri, yük maşınları, "Wildberries" bankı, ticarət nişanları, proqram təminatı, veb-sayt və illər ərzində yaradılan daha çox şeyləri qiymətləndirib.
Oktyabrın 3-də Bakalçuk Moskvanın Savyolovski Məhkəməsində həyat yoldaşına və RVB MMC-yə qarşı iddia qaldıraraq "Wildberries.ru" domeninin birləşmiş şirkətə verilməsi ilə bağlı sövdələşmənin etibarsız sayılmasını tələb edib. Onun razılığı olmadan 20 illik işinin nəticələrini heç kimə mənimsəməsinə icazə verməyəcəyini təkid edir və domeni geri almağı planlaşdırır.
"Wildberries" iyun ayında "Russ" ilə birləşməyə başlayıb, birləşmə prosesi avqustun əvvəlində tamamlanıb. Bu məqsədlə tərəflər birgə müəssisə - RVB MMC yaradıblar. İki şirkət birləşdirməkdə məqsəd Amerika "Amazon" və Çin "Alibaba"sına rəqib yaratmaq olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay