AP: ABŞ liman işçiləri tətili dayandırmağa razılaşdı
Beynəlxalq Longshoremen's Association və ABŞ gəmiçilik sənayesi on minlərlə ABŞ liman işçisinin işə qayıtmasına imkan verəcək ilkin əmək haqqı razılaşmasına nail olub.
Valyuta.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, tətil yanvarın 15-dək dayandırılacaq. Bu vaxta qədər tərəflər altı il müddətinə yeni müqavilə hazırlamağı planlaşdırırlar. Agentliyin mənbələrindən biri dəqiqləşdirib ki, tətilin dayandırılması ilə bağlı razılaşma hələ rəsmi olaraq imzalanmayıb. Onun yekunlaşmasından sonra dokerlərin dərhal işə qayıdacaqları və maaşlarının artacağı gözlənilir.
Oktyabrın 1-də “Politico” ABŞ-ın Atlantik sahillərində uzunsahil işçilərinin tətilə çıxdığını və gecə yarısından sonra işlərini tərk etdiyini bildirib. Tətilin səbəbi Beynəlxalq Longshoremen's Association və ABŞ gəmiçilik sənayesinin nümayəndələrinin iş şəraiti və əmək haqqı haqda yeni sazişlə bağlı razılığa gələ bilməməsi olub. Nəşrin məlumatına görə, aksiyanın başlaması yüklərin Atlantik okeanı və körfəz sahilləri boyunca yerləşən limanlarda boşaldılmasının mümkünsüzlüyü demək idi. Qeyd edilib ki, hətta limanların qısamüddətli dayanması belə “iqtisadiyyatda şoka” səbəb ola bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay