“Visa” rəqəmsal ödənişlər dünyasında inqilab hazırlayır
Visa ödəniş sistemi banklara stabilkoinlər və tokenləşdirilmiş depozitlər buraxmağa imkan verəcək yeni platformanın istifadəyə verildiyini elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Visa Tokenized Asset Platform (VTAP) adlanan məhsul banklara tokenləri “zərb etmək, yandırmaq və köçürmək” imkanı verəcək. Şirkətin açıqlamasına görə, platforma sınaq mərhələsindədir və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“Visa”nın innovasiyalar və rəqəmsal tərəfdaşlıqlar üzrə qlobal rəhbəri Vanessa Kolella deyib: “Visa” təxminən altmış ildir ki, rəqəmsal ödənişlərin önündədir və VTAP-ın tətbiqi ilə biz bir daha sənayenin sürətini müəyyən edirik”.
İspaniyanın BBVA bankı artıq bir ildir ki, platformanı sınaqdan keçirir və gələn il Ethereum blokçeynində seçilmiş müştərilər üçün pilot proqramı planlaşdırır.
Fiat valyutaları ilə dəstəklənən stabilkoinlər və digər tokenlər populyarlıq qazanır. PayPal artıq PYUSD stabilkoinini buraxıb və Stripe tacirlərə onlayn əməliyyatlar üçün stabilkoinləri qəbul etməyə imkan verir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay