Hindistan Rusiyadan neft alışını artırıb
Sentyabrda Hindistan Rusiyadan neft alışını avqust ayı ilə müqayisədə 6,4% artıraraq gündəlik 1,88 milyon barrelə çatdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Indian Express" "Kpler" analitik şirkətinin məlumatlarına istinadən yazıb.
"Hindistanın Rusiya yanacağının idxalını azaltmağa başlayacağını gözlənilirdi. Çox güman ki, yaxın gələcəkdə Asiya ölkəsi yalnız Rusiya Federasiyasından neft alışını artıracaq", deyə "Kpler"in neft təhlili şöbəsinin rəhbəri Viktor Katon qeyd edib.
O bildirib ki, Hindistan neft emalı zavodları 2025-ci il üçün Rusiyanın enerji resurslarının tədarükü üçün uzunmüddətli müqavilələr bağlamağı planlaşdırır.
Bu arada, keçən həftə, sentyabrın 27-də Hindistanın neft naziri Pankaj Jain ölkənin "Arctic LNG 2"dən mayeləşdirilmiş təbii qaz (LNG) almayacağını açıqlayıb. Buna səbəb Rusiyanın NOVATEK şirkətinə məxsus layihənin Qərbin sanksiyaları altında olması olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay