İran İsraili vurdu, Avropada qazın qiyməti qalxdı
Çərşənbə günü səhər Londonun ICE birjasında qazın qiyməti 1 min kubmetr üçün 460,6 dollara (+3%) qalxıb. Bazar İranın İsrailə qarşı kütləvi raket hücumuna reaksiya verib.
Valyuta.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Moskva vaxtı ilə saat 9:14-ə olan məlumata görə, Hollandiyanın TTF qovşağında noyabr fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 458,42 dollara qədər korrektə olunub.
Oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri İranın İsrailə raket atdığını elan edib. “The Jerusalem Post”un məlumatına görə, İran kütləvi hücum zamanı yəhudi dövləti istiqamətində 400-ə yaxın raket atıb.
Neft qiymətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə baxmayaraq, üçüncü rübdə 17% ucuzlaşıb. Enerji qiymətlərinin düşməsinin səbəblərindən biri Çindən gözlənilmədən aşağı tələbat olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay