Tramp prezident seçilsə, "Google"u məhkəməyə verəcək
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə yenidən namizədliyini irəli sürən Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə "Google"u mühakimə etmək niyyətində olduğunu açıqlayıb. Tramp şirkətin yalnız onun haqqında "pis hekayələr" dərc etdiyini iddia edir, lakin heç bir sübut təqdim etir.
Valuta.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Truth Social” sosial şəbəkəsindəki paylaşımında Tramp "Google"u onun haqqında yalnız mənfi xəbərlər göstərən sistemdən qeyri-qanuni istifadə etməkdə, Demokratlar Partiyasının namizədi Kamala Harris haqqında isə yalnız müsbət yazılar dərc etməkdə ittiham edib. O, bunu açıq-aşkar seçki müdaxiləsi adlandırıb və Ədliyyə Nazirliyini Google""u mühakimə etməyə çağırıb.
Tramp həmçinin bildirib ki, Ədliyyə Nazirliyi hərəkətə keçməsə, o, seçkilərdə qalib gələrək ABŞ prezidenti vəzifəsinə keçdikdən sonra "Google"un mühakimə olunmasını tələb edəcək. "Google" hələlik bu iddialara münasibət bildirməyib.
Tramp ilk dəfə deyil ki, "Google"u bu cür hərəkətlərdə ittiham edir. 2019-cu ildə o, bir sıra tvitlərində oxşar iddia ilə çıxış edib ki, "Google" 2016-cı il prezident seçkilərində onun haqqında mənfi xəbərləri vurğulamağı üstün tutub. "Google" daha sonra bu iddiaları rədd edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay