Rusiya və İran qaz tədarükü müqaviləsi imzalamağa hazırlaşır
Yaxın vaxtlarda Rusiya boru kəməri qazının İrana tədarükü ilə bağlı müqavilə imzalana bilər.
Valyuta.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində İslam Respublikasının energetika naziri Abbas Əliabadi deyib.
İranın Neft Nazirliyinə istinadən Abbas Əliabadi izah edib ki, bu mövzuda danışıqlar yekunlaşmaq üzrədir.
Nəşr qeyd edir ki, İran formal olaraq mavi yanacaq qıtlığını yaşamır və kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada ikinci yerdədir. Bununla belə, əsas yataqlar ölkənin cənubunda, əhali isə əsasən şimalda cəmləşib. Bu səbəbdən İranın bir sıra bölgələrində, xüsusən də kənd yerlərində qaz qıtlığı yaşanır.
İyunun 26-da məlum olub ki, “Qazprom” İran Milli Qaz Şirkəti (NIGC) ilə İrana təbii qazın boru kəməri ilə nəqlinin təşkilinin inkişafı üzrə Strateji Memorandum imzalayıb. “Qazprom”un mətbuat xidməti bildirib ki, söhbət uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıqdan gedir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay