"Mazda" oturacaqların isidilməsinin nasazlığına görə məhkəməyə verildi
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko Ali Məhkəməsi yapon markalı avtomobillərin sahiblərinin "Mazda"ya qarşı qaldırdığı kollektiv iddianı qəbul edib.
Valyuta.az xəbər verir ki, bu barədə Ithome.com məlumat yayıb.
İddia ərizəsində bildirilir ki, 2018-ci il istehsalı olan "Mazda 6" avtomobilləri təqdim olunduqdan sonra oturacaqların qızdırılması funksiyalarında ciddi nasazlıqlar olub ki, bu da sürücü və sərnişinlərin ciddi yanıqları ilə nəticələnə bilər.
İddiada "Mazda"nın problemi illərdir bildiyi, lakin potensial təhlükələr barədə istehlakçılara məlumat vermədiyi və avtomobilləri satmağa davam etdiyi iddia edilir. Avtomobil sahiblərindən birinin oturacağın qızdırılması funksiyasından istifadə etdikdən sonra yanıq və çapıqlar aldığı bildirilir.
"Mazda" bir sıra ittihamlarla üzləşir, o cümlədən zəmanətin pozulması, səhlənkar məhsul məsuliyyəti, təhrif və saxtakarlıq və Kaliforniya Haqsız Rəqabət Aktının pozulması.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay