"Deutsche Bank" “Rusximalyans”ın iddiasına qarşı kassasiya şikayəti verdi
Deutsche Bank “Rusximalyans” şirkətinin (Ust-Luqada qaz emalı və mayeləşdirmə kompleksinin tikintisi layihəsinin operatoru) iddiası üzrə 238 milyon avrodan artıq məbləğin geri alınması qərarından kassasiya şikayəti verib.
Valyuta.az xəbər verir ki, bu barədə arbitraj işlərinin materialında deyilir.
Bundan əvvəl məhkəmə “Rusxmalyans”ın iddiası əsasında Deutsche Bank-dan 238,1 milyon avro zəmanət və 479,51 min avro cərimə ödəməsinə qərar verib. Eyni zamanda, məhkəmə həmçinin Deutsche Bank-ın əmlakına, hesablarına və qiymətli kağızlarına qarşı qoyulmuş həbsi ləğv edərək, “Deutsche Bank” MMC-nin hesablarındakı 238,6 milyon avro və ya rublla ekvivalent məbləğdə vəsaitə həbs qoyularaq iddia ərizəsində müvəqqəti tədbirləri əvəz edib.
Məhkəmə daha sonra Deutsche Bank-ın bu qərardan şikayətini rədd edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay