Bazar ECB-nin İspaniya və Fransada inflyasiyanın yavaşlamasına reaksiyasını gözləyir
İspaniya və Fransada inflyasiyanın kəskin yavaşlaması fonunda Avropa Mərkəzi Bankının (ECB) oktyabr ayında pul siyasətini yumşaltması ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, treyderlər ECB-nin əsas faiz dərəcələrini 25 əsas bənd azaltma şansının 80%-ə yüksəldiyini təxmin edirlər. Tənzimləyicinin iclası oktyabrın 17-də baş tutacaq.
Hazırda ECB-nin depozitlər üzrə dərəcəsi illik 3,5%, yenidən maliyyələşdirmə əməliyyatları üzrə dərəcəsi 3,65%, marja kreditləri üzrə 3,9% təşkil edir.
Sentyabrın sonunda İspaniyada istehlak qiymətlərinin artımı 1,7% təşkil edib ki, bu da 2023-cü ilin iyunundan bəri ən aşağı göstəricidir. Fransada inflyasiya bir ay əvvəl 2,2%-dən sonra sentyabrda 1,5% artıb. İtaliya və Almaniya inflyasiya məlumatlarını bazar ertəsi, sentyabrın 30-da açıqlayacaqlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay