Yaxında gümüş qiymət artımında qızılı ötəcək - Ekspert proqnoz verdi
Çox güman ki, 2024-cü ilin sonuna kimi gümüşün qiyməti unsiya üçün 27-35 dollar diapazonunda olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə analitik Aleksey Kozırevin proqnozunda deyilir.
"Qızılda ralli aşağı faiz dərəcələri və artan geosiyasi gərginliklər fonunda davam edəcək, lakin UBS analitiklərinin fikrincə, gümüş il ərzində qızılı üstələyəcək", - o xatırladıb.
Ekspertin sözlərinə görə, müxtəlif analitiklər 2024-cü ilin sonuna kimi gümüşün qiymətinin unsiya üçün 30-48 dollar arasında olacağını proqnozlaşdırırlar. Bununla belə, o əmindir ki, unsiya üçün 40 dollardan yuxarı səviyyələr hələ ki mümkün deyil:
"Səbəb odur ki, belə qısa müddətdə belə əhəmiyyətli qiymət artımı qlobal sənayedə gümüş istehlakının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacaq".
Pul itirməmək üçün Kozırev gümüş külçələr və ya gümüş investisiya sikkələri ilə əməliyyatlar etməzdən əvvəl bütün bankların bu metalın alqı-satqısı ilə bağlı təkliflərini diqqətlə izləməyi, həmçinin ixtisaslaşdırılmış kolleksiya saytlarında sikkənin dəyəri ilə maraqlanmağı tövsiyə edib: "Və yalnız bundan sonra optimal mümkün münasib qiymətə istənilən əməliyyatı həyata keçirin".
Qeyd edək ki, sentyabrın 26-da qızılın qiyməti yeni tarixi maksimuma çatdı - unsiya üçün 2 685,58 dollar.
Faizlərin daha da aşağı salınacağı gözləntiləri fonunda qızıl yeni rekorda çatıb, gümüş isə 2012-ci ildən bu yana ən yüksək həddə çataraq 2,8% artıb və unsiya üçün 32,71 dollar olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay