BMT-nin ukraynalı qaçqınlara kömək üçün pulu tükənib: Bu nə deməkdir?
Ukraynanın elektrik enerjisi istehsal gücünün yarıdan çoxu məhv olduğu üçün BMT-nin bu qış ukraynalılara kömək etmək üçün kifayət qədər vəsaiti yoxdur.
Valyuta.az Suspilne-yə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) sözçüsü Karolina Lindholm Billinq deyib.
"Bizim kimi təşkilatlar üçün maliyyə səviyyəsi ilin bu vaxtı üçün çox aşağıdır", - o bildirib.
Hazırda agentlik müharibədən əziyyət çəkən və ya köçkün düşmüş milyonlarla ukraynalıya kömək etmək üçün lazım olan vəsaitin cəmi 47%-nə malikdir. Keçən il bu rəqəm 70 faiz olub.
Hazırda Ukraynada 3,6 milyona yaxın məcburi köçkün var, lakin infrastrukturun dağıdılması və işğalçıların fəallaşması əhalinin yeni yerdəyişməsinə səbəb olur.
"Məsələn, avqustun 1-dən bəri təxminən 99 min insan Donetsk vilayətinin cəbhəyanı kəndlərini təxliyə edib və ya oranı tərk edib", - Billinq izah edib.
Əlavə edildiyi kimi, BMT QAK məcburi köçkünlərə dəstək göstərmək və əhalinin ən həssas qruplarına, xüsusən qış fəsli başlamazdan əvvəl yardım göstərmək üçün Ukrayna təşkilatları ilə işləyir. Hazırda təxminən 650 min insan bu yardımı alır.
UNİAN-ın verdiyi məlumata görə, son vaxtlar Almaniyada qaçqınların sayı tarixi maksimuma çatıb. Hazırda ölkədə qaçqın və ya sığınacaq statusu olan 3,48 milyon insan yaşayır.
Şotlandiya hakimiyyəti bu yaxınlarda Ukraynadan gələn qaçqınlara kəskin qənaət etməyə başlayıb - indi onlar əvvəllər pulsuz olan yemək üçün pul ödəməlidirlər.
Sorğunun nəticələrinə görə, çexlərin əksəriyyəti Ukraynadan yeni qaçqınların qəbulunun əleyhinədir.
Dünən məlum olub ki, Norveç bəzi ukraynalı qaçqınların müvəqqəti müdafiəsindən imtina etməyə başlayıb. Onlar ya "təhlükəsiz" bölgələrdən gəlirlər, ya da tammiqyaslı müharibə başlayanda Ukraynada yaşamayıblar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay