Dünya
20.09.2024 / 11:37
Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb
55961
Türkiyə lirəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Valyuta.az-ın məlumatına görə, sentyabrın 21-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 34,09 səviyyəsinə qədər yüksəlib.
Avro/Türkiyə Lirəsi məzənnəsi isə 38,18 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 33,97 TL, satış üzrə 34,03 TL müəyyən edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay