Rusiyada qadağan olunmuş “Taliban”ın nümayəndə heyəti Vladivostokda
Şərq İqtisadi Forumunda Taliban hökumətinin (Rusiya Federasiyasında Taliban hərəkatı qadağan edilib) nümayəndələri iştirak edirlər.
Valyuta.az xəbər verir ki, Əfqanıstan nümayəndə heyətinin üzvləri ölkənin ticarət və sənaye palatasını təmsil edirlər. TASS müxbiri ilə söhbətdə onlar Vladivostoka “biznesin birgə işini” müzakirə etmək üçün gəldiklərini bildiriblər.
Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir. EEF-in 2024-cü ildəki əsas mövzusu "Uzaq Şərq - 2030. Gəlin, imkanlar yaradaraq qüvvələri birləşdirək"dir. EEF 2024 biznes tədbirləri yeddi tematik bloka bölünür: “Beynəlxalq əməkdaşlığın yeni konturları”, “Müstəqillik texnologiyaları”, “Maliyyə dəyər sistemi”, “Uzaq Şərq Rusiyası”, “İnsanlar, təhsil və vətənpərvərlik”, “Nəqliyyat və logistika: Yeni marşrutlar” və “Baş planlar: memarlıqdan iqtisadiyyata”. Tədbirin təşkilatçısı Roscongress Fondudur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay