BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53288
Türkiyə turizm marşurutları yaxşı istirahət və mükəmməl səyahət təcrübəsi vəd edir. Mükəmməl turizm marşurutları turistik yerlərin cazibəsini artırır. Turizm marşurutlarının daha rəngarəng və cazibəli olması üçün səyahət məsləhətləri vacibdir. Məhz səyahət məsləhətləri ilə Türkiyəni yenidən kəşf edə bilərsiniz. Türkiyə turizminin təklif etdiyi əsas səyahət ipucları var.
 
Muzey kartları
 
Türkiyənin zəngin tarixi və mədəni irsini kəşf etməyin ən yaxşı yolu onun muzeylərini ziyarət etməkdir. Ölkə üzrə 350-dən çox muzey və arxeoloji abidəyə girişi təmin edən sərfəli kart olan Muzey Kartı ilə hər məkanda ayrıca bilet alıb növbə gözləmədən ölkənin keçmişini araşdırmaq daha asandır. Ərazi sahəsinə, qiymətinə və etibarlılıq müddətinə görə müxtəlif növlərdə mövcud olan hər bir Muzey Kartı muzeyə və ya tarixi məkana ilk dəfə daxil olduqda aktivləşdirilir. Biletləri onlayn və ya muzey şəhərciyindəki kassalardan almaq olar və hər muzeydə bir dəfə istifadə mümkündür.
 
Qatarla səyahət
 
Türkiyədə bir çox qlobal və yerli avtomobil icarəsi xidmətləri mövcuddur ki, bu da ölkəni kəşf etmək istəyənlər üçün rahatlıq təklif edir. Bununla belə, ölkəni qatarla gəzmək əla təcrübədir. Sürətli qatarlarla səyahət etməklə gözoxşayan mənzərələrə şahidlik edə bilərsiniz. Bu sizin üçün olduqca romantik bir təsürrat yaradacaq. Türkiyənin dəmir yolu şəbəkəsi təbiət mənzərələri, tarix və mədəniyyətlə zəngin səyahətlər vəd edir. "Time” jurnalı tərəfindən "2024-cü ilin dünyanın ən möhtəşəm yerlərindən” biri kimi tanınan məşhur "Şərq Ekspresi’”, ən yeni "Mesopotamiya Ekspresi” və mənzərəli "Diyarbakır Ekspressi” kimi xüsusilə nostalji dəmir yolu turları səyahətlərinizi valehedici macəraya çevirəcək.
 
Ağıllı alış-veriş
 
İstanbulun Qapalı Çarşısı və Ədviyyat Çarşısı kimi tarixi bazarlara baş çəkərək ənənəvi alış-veriş təcrübəsini yaşaya və ya ölkə daxilindəki ticarət mərkəzlərində daha müasir bir alış-veriş atmosferini kəşf edə bilərsiniz. Üstəlik, alışlarınız Türkiyədə vergidən azad ola bilər. 8% vergi dərəcəsi olan məhsullar üçün 108 TL-dən yuxarı alışlar üçün və 18% vergi dərəcəsi ilə məhsullar üçün 118 TL-dən yuxarı alışlar üçün vergi geri qaytarıla bilər. Vergilərin geri qaytarılması haqqında daha ətraflı məlumat üçün GoTürkiye saytına daxil ola biləriniz.
 
İctimai nəqliyyatdan istifadə
 
Müasir nəqliyyat xidmətləri Türkiyənin təmin etdiyi ilk rahatlıqlar sırasındadır. Dünya üzrə birbaşa uçuşlar vasitəsilə ölkənin hava limanlarına çatmaq asandır. Siz gəldikdən sonra ölkənin bütün hava limanlarında mövcud olan taksi və ya avtobus xidmətləri Türkiyə şəhərlərinə rahat gediş-gəlişi təmin edir. İstənilən səyahətçinin ehtiyaclarına uyğun müxtəlif variantları təklif edən ictimai nəqliyyat mövcuddur. Etibarlı avtobus, tramvay, bərə və qatar şəbəkələri ilə yanaşı, metropollarda geniş metro (yeraltı) sistemləri şəhər ərazilərində naviqasiyanı asanlaşdırır. İctimai nəqliyyatdan istifadə etmək üçün yalnız bütün nəqliyyat vasitələrində keçərli səyahət bileti almalısınız. Daha sonra telefonunuzdakı xəritə proqramları ilə getmək istədiyiniz yerdən asılı olaraq avtobusdan, tramvaydan və ya metrodan hansı dayanacaqlarda enəcəyinizi öyrənə bilərsiniz.
 
Türkiyənin kulinariyası
 
Türkiyənin harasına getməyinizdən asılı olmayaraq, yerli yeməklərdən tutmuş küçə yeməklərinə qədər hər bölgədə türk mətbəxi sizə geniş çeşid təklif edir. Dünyaca məşhur kabab və dönər kimi klassik yeməklərlə yanaşı, bölgə mətbəxlərini də kəşf etməlisiniz. Hər bölgədnin bənzərsiz yeməklərini dadmaq sizə türk kulinariya ənənələrinin sevdirəcək. İlk olaraq, başqa yerdə rast gəlməyəcəyiniz tipik bir türk səhər yeməyi yeməlisiniz. Türk səhər yeməyinə isti çörək, pendirlər, zeytun, pomidor, xiyar, yumurta, bal və mürəbbə daxildir və ətirli türk çayı bu yeməyə ləzzət qatacaq. Bununla yanaşı, "esnaf lokantası”nda ən yaxşı yerli yeməkləri sınaya bilərsiniz, burada bufet menyusundan birini seçə və hər yemək üçün sabit qiymət ödəmək mümkündür. "Lokantalar” və digər restoranlar ölkə daxilində gecə saatlarına qədər açıq olur.
 
Qonaqpərvərlikdən həzz alın
 
Türk mədəniyyətinin ən diqqət çəkən xüsusiyyətlərindən biri də qonaqpərvərlikdir. Türkiyədə sizi mehribanlıqla qarşılayacaqlar. Hər hansı bir köməyə ehtiyacınız varsa, yerli əhalidən çəkinməyin. Yerli əhali turistlərə istiqamət vermək və ya nəqliyyat seçimlərində kömək etmək üçün əllərindən gələni etməsi qeyri-adi deyil. Sizinlə səmimi söhbət edərkən, hətta bir fincan çay da təklif edəcəklər. İngilis dili ölkədə ən çox danışılan xarici dil olduğundan, xüsusən də turistik məkanlarda çoxlu ingiliscə danışa bilən insanlara rast gələ bilərsiniz.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin