Dünya
08.02.2024 / 14:17
ABŞ Rusiyaya görə BƏƏ şirkətinə tətbiq etdiyi sanksiyaları ləğv etdi
41907
ABŞ Maliyyə Nazirliyi BƏƏ-nin SM Distribution Inc FZCO şirkətini Rusiya əleyhinə sanksiyalardan çıxarıb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.
Lakin qərarın səbəbləri açıqlanmır.
ABŞ ötən ilin noyabrında bu şirkətə qarşı sanksiyalar tətbiq edib. Daha sonra Maliyyə Nazirliyi elektronika ticarəti ilə məşğul olan şirkəti Rusiyaya yüksək prioritet mallar, o cümlədən məlumatların qəbulu, emalı və ötürülməsi üçün maşınlar verməkdə ittiham edib.
Fevralın 3-də departamentdə maliyyə kəşfiyyatı və terrorla mübarizəyə nəzarət edən maliyyə nazirinin müşaviri Brayan Nelson Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə Rusiya və İranın Qərb sanksiyalarından yayınmasını müzakirə edib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay