Boeing gövdələrindəki dəliklərə görə 50 təyyarəsini təftişə göndərəcək
Boeing Commercial Airplanes şirkətinin rəhbəri Sten Deal təxminən 50 Boeing 737 təyyarəsinin gövdələrində açılmış deşiklərdə uyğunsuzluqların olduğunu söyləyib.
Valyuta.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
"Bu potensial vəziyyət təcili təhlükəsizlik problemi olmasa və 737 təyyarənin hamısı təhlükəsiz şəkildə idarə olunmağa davam edə bilsə də, hazırda biz təqribən 50 çatdırılmamış təyyarəni yenidən işləməli olacağımıza inanırıq", - Deal deyib.
Bundan əvvəl Emirates aviaşirkətinin prezidenti Tim Klark Boeing-i təyyarələrinin keyfiyyətinin sürətlə aşağı düşməsinə görə tənqid edib. Klark Amerika korporasiyasının təyyarələrinin keyfiyyətinin aşağı düşdüyünə diqqət çəkərək, qapısı havada qopmuş Boeing 737 MAX-ın hadisəsini xatırladıb. İndi ilk dəfə olaraq top menecer konsernin istehsal xətlərinə nəzarət etmək üçün öz mühəndislərini göndərməyi planlaşdırır, halbuki əvvəllər “buna icazə verilməzdi”.
Reuters həmçinin bildirdi ki, Boeing hissə tədarükçülərini xüsusi kalibrləmə alətlərindən istifadə də daxil olmaqla, boltları daha yaxşı bərkitməyə çağırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay