2024-cü ildə "iPhone" satışları əhəmiyyətli dərəcədə azala bilər
2024-cü ildə "iPhone" satışları Çində tələbin azalması səbəbindən 15% azala bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "TF International Securities" şirkətinin tanınmış insayderi və analitiki Minq-Çi Kuo "Medium" saytındakı bloqunda məlumat verib.
Kuonun sözlərinə görə, 2024-cü ildə "Apple" "iPhone" istehsalı üçün 200 milyon ədəd daha az yarımkeçirici komponentlər sifariş edəcək, yəni smartfon tədarükü illik müqayisədə 10-15% azalacaq. Kuo hesab edir ki, "Apple"ın qərarını Çində "iPhone"a tələbatın azalması, həmçinin premium smartfon bazarının seqmentasiyası diktə edir. Sonuncu halda, bu o deməkdir ki, flaqman modelləri üçün bazarda bu və ya digər dərəcədə potensial "iPhone" alıcılarının diqqətini cəlb edən qatlanan ekranlı qurğular peyda olub.
Bu proqnoza əsaslanaraq, "TF International Securities"in analitiki hesab edir ki, 2024-cü ilin sonuna qədər "Apple bütün aparıcı satıcılar arasında smartfon bazarında ən böyük azalma göstərəcək. Beləliklə, İT nəhəngi fiziki baxımdan liderliyini yenidən "Samsung"a təhvil verəcək.
Kuo gələcək "iPhone 16" seriyası ilə bağlı ümumi fikirlərini də bölüşüb. İnsayderin sözlərinə görə, 2024-cü ildə smartfonlar innovativ təkmilləşdirmələr almayacaq. Yeni məhsulların yerləşdirilməsində əsas diqqət AI-nin iOS 18-ə inteqrasiyasına yönəldiləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay