ABŞ yaxın 24 saatda Hindistana 31 döyüş PUA-sının verilməsinə icazəni elan edəcək
ABŞ Dövlət Departamenti yaxın 24 saat ərzində Hindistana 31 Predator döyüş pilotsuz uçuş aparatının (PUA) satışı barədə məlumat verəcək.
Valyuta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Nəşrin Vaşinqtondakı mənbələri təsdiqləyiblər ki, 31 ədəd MQ-9B Predator pilotsuz uçan aparatının Yeni Dehliyə tədarükünə hazır olması barədə bildiriş yaxın vaxtlarda göndəriləcək. Bu məlumata görə, Hindistan Hərbi Dəniz Qüvvələri 15 PUA, quru qoşunları və hava qüvvələri isə hərəyə 8 PUA alacaq.
2023-cü ilin iyun ayında Hindistan Müdafiə Nazirliyi 31 Amerika istehsalı olan MQ-9B SeaGuardian döyüş PUA-sının alınmasını rəsmən təsdiqlədiyini açıqlayıb. Yerli medianın məlumatına görə, Hindistan bu PUA-ları silahlı qüvvələrin üç qolu üçün almaq niyyətindədir, çünki qurğular müxtəlif funksiyaları, o cümlədən dəniz kəşfiyyatı, sualtı qayıqlarla mübarizə, yerüstü hədəflərə hücum və üfüqdən kənar obyektləri hədəfə ala bilir.
Hindistan Hərbi Dəniz Qüvvələri 2020-ci ildə iki Predator pilotsuz təyyarəsini dəniz sərhədinin kəşfiyyatı üçün istifadə etmək və Amerika PUA-larının əməliyyat imkanlarını sınaqdan keçirmək üçün icarəyə götürüb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay