Almaniya Rusiyanın dondurulmuş aktivlərinin miqdarını açıqladı
Almaniyada dondurulmuş Rusiya aktivlərinin ümumi məbləği 4,1 milyard avro təşkil edir.
Valtuta.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin dövlət katibi Florian Tonkarın Bundestaqın deputatı Kristian Gerkeyə cavabında bildirib.
Gerke daha əvvəl hökumətdən Rusiya Federasiyasının dondurulmuş aktivlərinin məbləği barədə məlumat tələb etmişdi. O, fiziki və hüquqi şəxslərin aktivlərinin ümumi dəyəri, habelə onların hansı aktivlərə aid olması ilə maraqlanıb. Millət vəkilinə deyilib ki, yekun rəqəm dəyişə bilər, lakin onlar təxmini məbləği veriblər.
"Hazırda Almaniyada təxminən 4,1 milyard avro dəyərində aktivlər var. Bu avrolar dondurulub və ya hərəkətsizdir. Buraya təyin edilmiş fiziki və ya hüquqi şəxslərin dondurulmuş vəsaitləri və iqtisadi resursları, habelə Rusiya Mərkəzi Bankının əməliyyat qadağasına məruz qalan daxili xarici aktivləri daxildir”, deyə Tonkar bildirib.
Eyni zamanda Almaniya Maliyyə Nazirliyi dövlətin maraqlarına uyğun olaraq məlumatların məxfiliyini əsas gətirərək hansı aktivlərə həbs qoyulduğunu açıqlamaqdan imtina edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay