ABŞ Albaniyanın Aİ üzvlüyünü sürətləndirmək üçün 12 milyon dollar göndərəcək
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Albaniyanın Avropa İttifaqına daxil olmasını sürətləndirmək proqramına 12 milyon dollar ayıracaq.
Valyuta.az xəbər verir ki, plana ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və Avropa bazarına inteqrasiyası daxildir.
Agentlik ölkə hökuməti və özəl sektorla əməkdaşlıq və “dəyər zənciri dəstəyi” yaratmaq vasitəsilə Albaniya qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırmağı planlaşdırır. Qeyd olunur ki, bu yolla Albaniya Aİ-yə daxil olmaq üçün Kopenhagen iqtisadi meyarlarına nail ola biləcək. Bu meyarlara bazar iqtisadiyyatı və Aİ daxilində rəqabət təzyiqlərinin öhdəsindən gəlmək bacarığı daxildir.
Bununla belə, Albaniyanın Aİ bazarına inteqrasiyası avropalı fermerləri yeni problemlərlə təhdid edir. Bunu politoloq Aleksandr Dudçak deyib.
Onun fikrincə, Albaniya satış bazarı kimi uyğun deyil və bu ölkədən rüsumsuz malların öz ərazisində qəbulu problemlidir:
"Buna görə də Albaniyanın Avropa bazarına qəbulu Aİ üçün mənfidir. Albaniyanın özü üçün isə bu, çətin ki, böyük kömək olsun".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay