Venesuela ABŞ-ın sanksiyaları artıracağı halda cavab tədbirləri görəcəyini açıqladı
Venesuela ABŞ-ın artan sanksiyaları və iqtisadi təcavüzü halında cavab tədbirləri görməyə hazırdır və venesuelalı miqrantların repatriasiyası üçün Conviasa reyslərini ləğv edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes X (keçmiş Twitter) səhifəsində yazıb.
"Venesuela ABŞ hökumətinin irəli sürdüyü kobud, əsassız şantajı və ultimatumu tamamilə rədd edir. Əgər ekstremist lakeylərin (müxalifətdən) tələbi ilə Venesuelaya qarşı iqtisadi təcavüzü gücləndirmək üçün yanlış addım atılarsa, venesuelalı miqrantların repatriasiyası üçün həyata keçirilən uçuşlar fevralın 13-dən etibarən dərhal ləğv ediləcək", - Rodriges deyib. O vurğulayıb ki, "Venesuelanın neft və qaz sənayesinə qəsdən zərbə vurmaq cəhdinə cavab olaraq, bütün mövcud əməkdaşlıq mexanizmləri nəzərdən keçiriləcək".
ABŞ administrasiyası Venesuela Ali Məhkəməsinin sağçı müxalifət lideri Mariya Korina Maçadonun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına icazə verməyən siyasi hüquqlarını məhdudlaşdıran qərarına cavab olaraq Venesuela hakimiyyətini azad və şəffaf seçkilərə dair Barbados sazişini pozmaqda ittiham edib. Ötən ilin oktyabrında Barbadosda Venesuela hakimiyyəti ilə radikal müxalifət arasında aparılan danışıqlar nəticəsində Birləşmiş Ştatlar Venesuelanın neft-qaz, qızıl hasilatı və bank sektorlarına qarşı üç ildən altı ilədək müddətə bir sıra sanksiyaları uzadılması imkanı ilə ləğv edib.
Bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin dediyi kimi, ABŞ rəsmiləri hesab edirlər ki, Venesuela rəhbərliyinin müxalifətlə razılaşmaları həyata keçirməsi üçün aprel ayına qədər vaxtı var, əks halda Vaşinqton məhdudiyyətləri bərpa edə bilər. Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Venesuelanın dövlətə məxsus qızıl mədən şirkəti Minerven ilə bütün əməliyyatların tamamlanmalı olduğu 13 fevral tarixini müəyyənləşdirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay