Dünya
31.01.2024 / 10:44
PayPal gələn həftə işçi qüvvəsinin 9%-ni ixtisar etməyi planlaşdırır
41433
PayPal elektron ödəniş sistemi yaxın gələcəkdə 2,5 minə yaxın tam ştatlı işçilərini ixtisar etməyi planlaşdırır ki, bu da onun ümumi işçilərinin 9%-ni təşkil edir.
Valyuta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg işçilərə göndərilmiş daxili məktuba istinadən məlumat yayıb.
Söhbət həm qarşıdakı həftədə birbaşa ixtisarla, həm də il ərzində mövcud vakansiyaların aradan qaldırılması yolu ilə şirkətin rasionallaşdırılması qərarından gedir.
Bloomberg-ə görə, PayPal səhmləri son bir ildə 20%-dən çox ucuzlaşıb. Şirkət 2023-cü ildə baş direktor Dan Şulmanı vəzifədən kənarlaşdırıb. Onun yerini Aleks Kris tutub.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay