Rusiyanın BRICS ölkələri ilə milli valyutada hesablaşmaların payı 85%-ə çatıb
Rusiyanın BRICS ölkələri ilə milli valyutalarda hesablaşmaları 3 dəfədən çox - 85%-ə qədər artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Bankının sədri Elvira Nabiullina RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, BRICS ölkələrinin Rusiyanın ticarət balansında payı 40% təşkil edib.
“Bu, daha da böyüdü. İndi 40%-ə yaxındır. 2022-ci ildə bu, 30%-dən az, 2021-ci ildə isə 20%-ə yaxın olub”, - Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri bildirib.
Nabiullina aydınlaşdırıb ki, Rusiya Federasiyası ilə assosiasiya ölkələri arasında hesablaşmalar üçün əsas olanlar milli valyutalar, o cümlədən rubldur.
“Onların payı indi təxminən 85%-dir. İki il əvvəl bu, 26% idi”, - o qeyd edib.
Bundan əlavə, Nabiullina vurğulayıb ki, Rusiya tərəfi digər BRICS ölkələri ilə milli maliyyə mesajlarının ötürülməsi sistemlərinin qarşılıqlı əlaqəsini müzakirə edir. Artıq 20 ölkədən 159 xarici iştirakçı Rusiya platformasına qoşulub.
Elvira Nabiullina həmçinin bəyan edib ki, BRICS ölkələri 2024-cü ildə ödəniş sistemlərinin qarşılıqlı fəaliyyətinə və milli valyutalarda hesablaşmalara diqqət yetirəcəklər.
2024-cü il yanvarın 1-dən Rusiya Federasiyası BRICS-ə sədrliyə başlayıb. Assosiasiyanın beş yeni üzvü - Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya bu il təşkilatda tam ştatlı fəaliyyətə başlayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay