Nabiullina ABŞ-ın dekabrda tətbiq etdiyi sanksiyaların təsirini qiymətləndirdi
Rusiya Mərkəzi Bankı ABŞ-ın ötən ilin dekabrında tətbiq etdiyi sanksiyalardan sonra bir çox ölkələrlə transsərhəd hesablaşmaların çətinləşdiyini görür.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.
ABŞ prezidenti Co Bayden dekabrda Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün hüquqi bazanı genişləndirən fərman imzalayıb. Vaşinqtonun Rusiya hərbi sənaye kompleksini maliyyələşdirməkdə şübhəli bildiyi xarici banklar indi məhdudiyyətlərə məruz qala bilər.
Nabiullinanın sözlərinə görə, sanksiyalardan irəli gələn çətinliklər alternativ ödəniş üsullarının yaradılması səylərinin artmasına səbəb olacaq. Mərkəzi Bankın rəhbəri qeyd edib ki, bütün ölkələrdə biznes qurumları bununla məşğuldur.
Rusiya hakimiyyəti dəfələrlə Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını sarsıda bilmədiyini bəyan edib. Məhdudiyyətlərin uyğunsuzluğu da etiraf edilib.
Ötən həftə Rusiya səfiri Anatoli Antonov bildirib ki, ABŞ Rusiyanın sanksiyaları təsirsizləşdirməkdə əldə etdiyi uğuru və onların Rusiya iqtisadiyyatı üçün nəticələrini etiraf edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay