IBM işçilərindən ofislərinə qayıtmağı tələb edir
IBM (ABŞ) texnoloji şirkətinin rəhbərliyi işdən çıxarılma hədəsiylə işçilərinə ofislərinə qayıtmağı əmr edib.
Valyuta.az xəbər verir ki, "Bloomberg" bu barədə korporasiyanın menecerlərinin yanvarın 16-da aldıqları memoya istinadən yazır.
İşçilərdən həftədə ən azı üç dəfə şirkətin ofisinə və ya müştərilərinə baş çəkmələri tələb olunur. Davamiyyət nişanlardakı məlumatlardan istifadə etməklə izləniləcək.
Tamamilə uzaqdan iş formatı sağlamlıq problemi olduqda və ya hərbi xidmətlə əlaqədar mümkündür, lakin yaşayış yerinə görə deyil. Beləliklə, şirkət uzaqdan işləyən işçilərdən avqustun əvvəlinə qədər ofislərə yaxınlaşmağı xahiş edib. IBM-dəki mənbə Bloomberg-ə bildirib ki, ofisdən 80 km məsafədə yaşamaq lazımdır, əks halda menecerlər şirkəti tərk etməli olacaqlar.
Keçən il IBM süni intellektlə əvəz oluna biləcək yeni işçilərin işə götürülməsini dayandıracağını bildirmişdi.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay