Belarus 2026-ya qədər Rusiya ilə yüngül təyyarə istehsal etmək istəyir
Belarus baş nazirinin müavini Pyotr Parxomçik bildirib ki, 2026-cı ilə qədər Belarus Rusiya ilə birlikdə iki yüngül təyyarə istehsal edəcək, 2030-cu ilə qədər isə 85-100 təyyarə istehsal etmək planlaşdırılır.
Valyuta.az xəbər verir ki, rəsmi bu barədə Belarus-1 telekanalında danışıb.
Parxomçikin sözlərinə görə, 2026-cı ilə qədər Belarus və Rusiya birgə iki təyyarə istehsal etməlidir. O vurğulayıb ki, bu gün təyyarələrin istehsalı üçün artıq qəti sifariş var. Ona görə də 2030-cu ilə qədər ən azı 85-100 təyyarə istehsal olunacaq. Baş nazirin müavini qeyd edib ki, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilərsə, daha çox təyyarə istehsal olunacaq.
Parxomçik vurğulayıb ki, iki ölkə arasında aviasiya sənayesi sahəsində əməkdaşlıq çox sürətlə inkişaf edir. Belə ki, keçən il Belarusun Baş naziri Roman Qolovçenkonun Yekaterinburqa səfəri zamanı Belarusun 558-ci Aviasiya Təmiri Zavodu ilə Rusiyanın Ural Mülki Aviasiya Zavodu arasında 19 yerlik təyyarənin yaradılmasına dair müqavilə bağlanıb. Parxomçik qeyd edib ki, bu təyyarə hazırda birgə hazırlanır və təkmilləşdirmə işləri aparılır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay